Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 2,3 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov nazirliyin bu ilin 6 ayında fəaliyyətinin nəticələri barədə çıxışı zamanı deyib.

1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində online yeni nəsil NKA-ların sayı 2.738 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 65,2 dəfə çoxdur. 2024-cü ilin yanvar – iyun ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 191,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və ya 2,3 dəfə çoxdur.

1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində aktiv POS-terminalların sayı 1960 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur. 2024-cü ilin yanvar – may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çoxdur.