“Facebook” ABŞ-da keçiriləcək prezident seçkilərindən bir həftə əvvəl siyasi reklamları qadağan edəcəyini açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Facebook” həmçinin siyasi reklam qadağasına əlavə olaraq, yekun nəticələr açıqlanmadan əvvəl seçkidə qələbə qazandığını elan etməyə çalışan namizədin paylaşımlarını “Reuters” və rəsmi mənbələrdən alınan nəticələrə yönəldəcəyini bildirib.