Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar “Facebook” Rusiya dövlət mediasına öz platformasında reklam və monetizasiyanı qadağan edir.

Bu barədə sosial şəbəkənin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Nataniel Qleyxer bildirib.

Qleyxerin sözlərinə görə, “Facebook” Ukraynadakı vəziyyəti diqqətlə izləyir.

“Biz artıq Rusiya dövlət mediasına dünyanın istənilən yerində bizim platformamızda reklam və ya monetizasiyanı qadağan edirik”, - deyə o, “Twitter” hesabından yazıb.