"Facebook" 2014-cü ildə başlatdığı " sən niyə bu reklamı görürsən" tətbiqindən sonra "sən niyə bu paylaşımı görürsən" (Why you're seeing this post) xidmətini tətbiq edir.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni xidmət vasitəsi ilə istifadəçilər xəbər panelində yenilənən paylaşımlar barədə daha ətraflı məlumat əldə edəcəklər. Belə ki, paylaşımın üzərində açılan menyuda aidiyyatı hesabla nə qədər əlaqədə olduğunu, paylaşım edən səhifə və ya qrupun məşhurluq səviyyəsini görmək mümkün olacaq. 

Qeyd edək ki, "Facebook" xəbər panelindəki paylaşımların yayımlanma səbərləri ilə bağlı məlumat verə bilmirdi. Bunun nəticəsi kimi Yeni Zenlandiyada məsciddə törədilən terror aktı "Facebook Live"lə canlı yayımlanmış və surətlə yayılmışdı.