“Facebook” şirkəti Manhettendə 92,9 min kv.m sahəsi olan ofis icarəyə götürməklə bağlı danışıqlar aparır. 

Bu barədə “The Wall Street Journal ” qəzeti öz mənbəyinə istinadla xəbər verir.

Söhbət Manhettendə Hadson-Yard 50 ünvanında yerləşən hazırda tikilməkdə olan göydələndən gedir. Tərəflər razılığa gələ bildiyi təqdirdə, “Facebook”  özünün Nyu-York ştatında yerləşən bir neçə şöbəsini bir ofisdə birləşdirəcək. 

Gələcək göydələndə artıq “WarnerMedia” holdinqi və “KKR & Co” investisiya şirkəti ofislər rezerv ediblər.

Qeyd edək ki, layihənin tikintisinə cari ilin mart ayında başlanılıb.