“Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir.  Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.

“WhatsApp” sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi “Facebook”un Dublindəki mənzil-qərargahında işləyəcək.

“WhatsApp” mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı satın alıb. ( İctnews )