Bir sıra ölkələrdə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb. 

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” servisi məlumat yayıb.

““Facebook”-un işində problem ABŞ-ın şərq bölgələrinin vaxtı ilə 11:16-dan başlayıb (Bakı vaxtı ilə 19:16-dan)”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, daha çox ABŞ, Meksika və Hinistandan olan istifadəçilər şikayət edir. Eyni zamanda problemlərlə Braziliya, Böyük Britaniya, Belçika, Almaniya və İtaliyada da üzləşiblər.