"Facebook" sosial şəbəkəsi istifadəçilərə reklama baxışa görə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirir. Bu haqda öz mənbələrinə istinadən "The Wall Street Journal" yazıb.
Fins.az ICTnews-a istinadən bildirir ki, "Facebook" rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır.
Nəşrin məlumatına görə, "Facebook"un nümayəndələri bu məqsədlə "Visa" və "Mastercard" ilə danışıqlar aparırlar. Layihə "Project Libra" adlandırılıb.