Dünyanın bir sıra ölkəsində "Facebook" sosial şəbəkəsinin işində problemlər yaranıb.

Bu barədə “Downdetector” portalı məlumat yayıb.

Bildirilib ki, ən çox xidmətin kəsilməsi ABŞ-da (xüsusilə Nyu-York, Texas, Kaliforniya və Kolumbiya ştatlarında), həmçinin Kanada, Meksika, Braziliya, Birləşmiş Krallıq, Hollandiya, Rusiya və Yunanıstanda müşahidə olunub

İstifadəçilər oz hesabı ilə sosial şəbəkəyə daxil olmaqda müşahidə olunan çətinliklərdən (35 faiz) və şəkillərin yüklənilməməsində (33 faiz) şikayət edirlər.report