Alman hakimiyyət orqanları "Facebook"u 2 milyon avro (2,26 milyon dollar) dəyərində cərimələyib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, cərimə internet şəffaflığı ilə bağlı ölkə qanununun pozulması ilə bağlıdır.

Məlumata əsasən Almaniya Federal ədliyyə idarəsinin məhkəmə orqanına sosial şəbəkənin natamam informasiya ilə çaşdırıcı məlumat yaratması haqqında şikayətlər daxil olub.