Bu ilin I yarısında Ermənistan Rusiya ilə 1,9 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqroyan bu gün İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur, 2019-cü ilin göstəricisi ilə demək olar ki, eynidir. Həmin il iki ölkənin ticarət dövriyyəsinin dəyəri ilk dəfə 2 milyard dollara çatıb, növbəti il isə bir qədər azalıb.

Hökumət rəsmisinin sözlərinə görə, Ermənistan və Rusiya arasında əsasən, maşınqayırma,yüngül və kimya sənayeləri, qiymətli daş-qaş, ərzaq idxalı və ixracı artıb.