"Türkiyə ilə İraq arasında təhlükəsizlik anlaşması imzalandı". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib. 

"Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə Anlaşma Memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən yenicə imzalanıb. Bu saziş tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, əməkdaşlığımızı növbəti səviyyəyə daşıyacağıq.

Terrorla mübarizədə İraqla inkişaf etdirdiyimiz birliyi meydanda konkret addımlarla daha da inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə əlaqələrimizi fasiləsiz davam etdirəcəyik", - Fidan qeyd edib.