Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər aralarındakı iqtisadi tərəqqi və təhlükəsizliyinin gücləndirilməsinə töhfə verən iqtisadi əməkdaşlıq potensialını yüksək qiymətləndirilib.

Sənəddə qeyd edilir ki, üç ölkə ticarət və iqtisadi əməkdaşlığı qarşılıqlı fayda əsasında inkişaf etdirmək və gücləndirmək niyyətindədir.

Tərəflər öz dövlətlərinin qanunvericiliyinə və tərəf olduqları beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafını və şaxələndirilməsini dəstəkləyirlər.

Qeyd edək ki, sözügedən sənəd 2022-ci ilin dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanıb.