Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, dünən qadınların fərdi Avropa çempionatında qalib olmuş Ülviyyə Fələliyeva 2378 xalla 72-ci sırada qərarlaşıb.

Digər şahmatçılar Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb.

Kişi şahmatçılarımızdan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 2734 xalla bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

Teymur Rəcəbov (2723) 27-ci, Rauf Məmmədov isə 2651 xalla 87-ci pillədə qərarlaşıb.

Kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla liderdir.