Bu ilin aprel ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və nazirlikdən 523 müraciət daxil olub.

Bunlardan 439-u elektrik enerjisi təchizatı (o cümlədən 34-ü məlumat xarakterli), 67-si təbii qaz təchizatı (o cümlədən 7-si məlumat xarakterli), 2-si istilik təchizatı, 15-i isə digər məsələlərlə bağlı olub.

AERA 523 müraciətdən 217-ni araşdırıb və cavablandırıb, 5-ni müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərib, 260 müraciət isə hazırda baxılma prosesindədir. Həmçinin 41 məlumat xarakterli müraciətdən 20-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.