Benchmark Master Lu bu ilin birinci rübündə Çinin ən uğurlu smartfon istehsalçılarının reytinq cədvəlini tərtib edib.

FED.az xəbər verir ki, cədvəlin lideri ölkənin texnologiya nəhəngi Huawei şirkəti olub.

Sözügedən firma ölkə daxili bazarda 18,51% paya sahibdir.

Honor şirkəti 14,66%, onun ardınca gələn Oppo-nun isə 14,51% bazar payı var. 

Xiaomi şirkəti 13,9%-lə bazarın dördüncüsü olub. Onun ardınca isə 13,67% payla Vivo şirkəti gəlir. 

Reytinq cədvəlində digər şirkətlər də yer alıb. 4,72%-lə Samsung, 2,7%-lə ZTE şirkəti onların ardınca Meizu (2,6%), OnePlus (1,25%) və Nubia (0,75%) qərarlaşıb.