Counterpoint şirkətinin məlumatına görə, ötən il də ikinci əl telefon alanların sayı çox olub. Yenilənmiş smartfon bazarında formal olaraq 1% azalma olsa da, ümumi azalma göstəricisi minimaldır.

Ötən il ərzində qlobal miqyasda 137 milyon ikinci əl telefon satılıb. 

ABŞ, Çin və Avropada istifadəçilər arasında yenidən qurulan cihazlara maraq orta hesabla 6% azalıb. 

Yaponiyada isə bu göstərici 8% olub. Lakin Hindistanda, Latın Amerikasında və Afrikada bu cür cihazların satışında artım müşahidə olunub. Bu bölgələrdə müvafiq olaraq 9%, 6% və 2% artım qeydə alınıb. 

Apple və Samsung ikinci əl smartfon satış bazarında lider olub. Huawei də performansını artıra bilib. Lakin ABŞ sanksiyaları istehsalçının biznesinin bu sahəsinə də mənfi təsir göstərəcəkdir.FED.az