Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,19% azalaraq, 1 935,5 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 0,1% azalaraq, 23,71 dollar təşkil edib.