Bu gündən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalının mobil əlavəsi ("myGov") fəaliyyətə başlayıb.

Mobil əlavəni həm “Android”, həm də “iOS” əməliyyat sistemləri üzərindən yükləmək olar.

2019-cu ilin iyunun 1-dən fəaliyyətə başlayan portal bu gün 710 elektron xidmətə çıxışı təmin edir.

Portalın istifadəçilərinin sayı 465 461-dən çox, giriş sayı isə 13 862 887-dən artıqdır.