Bu il Rusiya vətəndaşlarının real gəlirlərinin azalacağı gözlənilir.

İqtisadiyyat.Az xəbər verir ki, bu qənaətə Rusiya İqtisadi Məktəbinin, eləcə də Prezident yanında Milli İqtisadiyyat və Dövlət İdarəsi Akademiyası ekspertləri gəliblər. 

Onların fikrincə, 2019-cu ildə əhalinin real gəlirlərinin artması üçün heç zəmin yoxdur. Əksinə, gəlirlərdə azalma baş verə, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşə bilər.

Qeyd edək ki, 2013-2018-ci illərdə Rusiya vətəndaşlarının real gəlirləri 8,3% azalıb. Son 6 il ərzində bu göstərici yalnız ötən il - 0,1% artım nümayiş etdirib.