Doğuş zamanı ana ölümü dünya miqyasında səhiyyə sistemləri üçün əsas problem olaraq qalır. Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesablamalarına görə, hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür. Bəs bu ilin iki ayında dünyada neçə qadın doğuş zamanı ölüb?

Bu barədə İqtisadiyyat.az dünya statistikasında araşdırma aparıb .

Məlum olub ki, bu ilin yanvar və fevral ayları ərzində 53 min qadın doğuş zamanı həyatını itirib. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ana ölümləri əsasən dünyanın ən yoxsul yerlərində və münaqişələrdən təsirlənən ölkələrdə cəmləşməkdə davam edir. Məsələn, 2020-ci ildə bu cür ölümlərin təxminən 70%-i Afrikada baş verib.

ÜST xəbərdarlıq edib ki, dünyada ana ölümlərinin azaldılması üzrə irəliləyiş əhəmiyyətli dərəcədə sürətləndirməlidir, əks halda ölüm halları ilə bağlı hazırkı rəqəmlər ciddi şəkildə arta bilər.

 

Gözəl Həşimova