Uqandada yaşayan və 44-cü uşağı doğulan anaya əri sərt təpki göstərib. Qadına qarşı olan bu təpki isə bütün dünya mediasında gündəm olub. Mariam Nabatanzi adlı qadın hazırda 39 yaşındadır və ilk dəfə 12 yaşında ana olub. 6 dəfə əkiz, 4 dəfə də üçəm uşaq dünyaya gətirib. 36 yaşında isə sonuncu doğum həyata keçirib.

Həkim, Mariam Nabatanziyə doğum nəzarət üsullarının sağlığına problem yaradacağını və bu üsulları tətbiq etməməyi tövsiyə edib. Lakin Nabatanzi həkimlərin tövsiyəsinə qulaq asmayaraq doğuma davam edib. Sonuncu dəfə 2 il yarım əvvəl hamilə qalan Nabatanzini əri də tərk edib. Bütün gününü uşağa abxmaqla və işləməklə keçirən Nabatanzi, mühafizə, poçtalyon və gözəllik salonu işçisi kimi fəaliyyət göstərir.

Mariam Nabatanzinin böyük övladı İvan Kaibuka anasına kömək etmək üçün məktəbi tərk edib. Qadının anası və atası da qızlarını tərk ediblər.

44 uşağı olan ana uşaqları üçün bütün fədakarlıqları etsə də, qida baxımından çətinliklər çəkir. Dünya Bankının məlumatlarına görə, hər ailəyə 5-6 uşaq düşən Uqandada belə Mariam Nabatanzinin sahib olduğu uşaq sayı normaldan çoxdur.