Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb.

Bloomberg.com xəbər verir ki, “Brent” markalı neftin may fyuçerslərində bir barelin qiyməti 0,59 % ucuzlaşaraq 69,22 ABŞ dollarına düşüb.

“WTI” markalı neftin qiyməti isə 0,62 % ucuzlaşaraq 65,61 dollar təşkil edib.