İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti 2022-ci ilin yekunlarına aid mediaya hesabat verir.

İqtisadiyyat.az bildirir ki, ötən ilin yekunlarına aid rəqəmləri xidmətin rəisi Mətin Eynullayev KİV-nə çatdırır.

Tədbirdə verilən məlumata görə, 2022-ci ildə 115,4 milyon manatlıq dövlət əmlakı özəlləşdirilib. 2021-ci ildə bu rəqəm 112,7 milyon manat olmuşdu.

2022-ci ildə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinin sayı 304, nəqliyyat vasitələrinin sayı 513, torpaq sahələrinin sayı 262 olub.