Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard 555 milyon manat, xərcləri isə 5 milyard 253 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % az və 43,5 % çoxdur.

Son nəticədə 2 ayda büdcədə 1 milyard 302 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 41,3 % azdır.