Bolqarıstan bu gündən etibarən Rusiya dövlət qeydiyyat nişanlı avtomobillərin ölkəyə girişini qadağan edir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qadağa həm minik, həm də yük maşınlarına şamil olunacaq.

Qeyd edək ki, sentyabrın 8-də Avropa Komissiyası bildirib ki, Rusiya vətəndaşları Rusiya dövlət qeydiyyat nişanlı avtomobillərlə Avropa İttifaqı ölkələrinə daxil ola bilməzlər. Oxşar məhdudiyyətlər artıq Finlandiya, Estoniya, Litva, Latviya və Polşa tərəfindən də tətbiq edilib.

 

Gözəl Həşimova