ABŞ ticarət nazirliyinin Huawei-yə tətbiq olunan sanksiyalara 90 gün güzəşt etməsi münasibətlərdə yumşalma kimi başa düşülürdü. Ancaq Cənubi Koreya mediasında yer alan xəbərlər ABŞ-ın nəinki yumşalmaq, Huawei-nin ətrafını daraltmaq üçün genişmiqyaslı tədbirlər gördüyü əks olunub.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın ən məşhur qəzeti “Chosun Ilbo”nun rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ, Cənubi Koreyadan Çinə qarşı həyata keçirdiyi siyasətə uyğun addım atmağı istəyib. Paytaxt Seulda yerləşən amerikan rəsmi mənbə qəzetə verdiyi açıqlamada “Cənubi Koreyanın xarici işlər nazirliyi ilə sıx əlaqədəyik. Onları Huawei məhsullarını istifadə etməklə yaranacaq təhlükəsizlik problemləri barədə xəbərdar edirik” ifadələrini işlədib.

Xəbərə görə, ABŞ tərəfi, Koreyalı texnologiya nəhəngi LG-ni Huawei sistemlərindən istifadəni tərk etməyə çağırıb. Cənubi Koreyanın xarici işlər nazirliyi isə ABŞ-ın təftişini başa düşdüyünü, lakin hökumətin özəl sektora qarışa bilmədiyini bildirib. Cənubi Koreya hökumətinin Huawei-yə qarşı çıxacağı təqdirdə, Çinin verəcəyi cavabdan narahat olduğu açıqlanıb.

Bundan əlavə, “Chosun Ilbo”ya açıqlama verən texnologiya mütəxəssisləri Huawei-yə sanksiya verilərsə, ölkənin milyardlarla dollar ziyan görəcəyini bildiriblər. Cənubi Koreya ABŞ-ın bölgədə ən güclü müttəfiqlərindən biri olsa da Çin, Koreyalı texnologiya şirkətlərinin fəaliyyət göstərdiyi bazarların önündə gedir.  Şirkətlər ən böyük bazarda məhdudiyyətlər yaşamaq istəmədiklərini bildiriblər. Buna görə də ABŞ-ın Samsung, LG kimi iri şirkətlərə Huawei-ə qarşı çıxma tələbinə baxmayaraq, bu istiqamətdə hər hansı addım atılmayıb. Həmçinin Cənubi Koreyanın Çinə illik ixracatı 150 mlrd dollar, ABŞ-a isə 70 mlrd dollar təşkil edir. Bu səbəblə “düşmən qardaşı” Şimali Koreyaya qarşı ABŞ-ın dəstəyini çox önəmli görsə də, Şimali Koreya ilə müttəfiq olan Çinlə münasibətləri gərginləşdirmək istəmir.

Mehman Nəbiyev