Yaxın gələcəkdə arxa üzü dəyişkən rəngdə olan mobil telefonlar bazara çıxarıla bilər.

Bu barədə “Twitter”də "İce universe" adlı istifadəçi məlumat paylaşıb:

“Mobil telefon markası sahibi arxa üzü dəyişkən rəngdə olan və rəng dəyişdirməyin sürəti tənzimlənə bilən mobil telefon hazırlayır. Bəlkə də, gələcəkdə yalnız bir rəngdə olan smartfonlar yerinə dəyişkən rənglilər gələcək”.

İstifadəçinin təqdim etdiyi videoda isə telefonun göy rəngdən açıq bozadək dəyişdiyi görünür.

“Weibo”da paylaşılan başqa bir videoda isə elektrocromik şüşəli arxa üzünün dəyişkən rəngdə olduğu smartfonun “Vivo” şirkətinin məhsulu olduğu bildirilir. Həmin cihazda rəng dəyişdirmək düyməni basmaqla həyata keçirilir. Həmçinin bu videoda kamera yuvasının üstü örtülüdür.