Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov bu gün səhər saatlarında kəskin ürək çatışmazılığı səbəbilə vəfat edib.

Bu barədə İqtisadiyyat.az TƏBİB-ə istinadən xəbər verir.

Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub.

1982-1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsində təhsil alıb.

1988-1989-cu illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda anestezioloq-reanimotoloq ixtisası üzrə internatura keçib. Təhsil almaqla yanaşı, o, 1986-1988-ci illərdə Milli Onkologiya Mərkəzində tibb qardaşı kimi çalışıb.

1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb.

2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.

TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!