143 illik tarixə malik Yaponiyanın texnologiya nəhəngi Toşiba (Toshiba) yenidənqurma çərçivəsində bir çox aktivlərini satacağını və 7 min nəfəri işdən çıxaracağını açıqlayıb. Bu açıqlamadan sonra şirkətin səhmləri 13%-ə yaxın bahalaşıb.

İqtisadiyyat.Az xəbər verir ki, şirkət verdiyi açıqlamada, İngiltərədəki nüvə enerjisi və ABŞ-da mayeləşdirilmiş təbii qaz (LNG) obyektini satacağını bildirib.Həmçinin açıqlamada, beş il davam edəcək yenidənqurma çərçivəsində 7 min insanın işdən azad olunacağı qeyd edilib.Açıqlamanın investorlar arasında şirkətə qarşı etimadı artırmasının təsirilə Toşiba səhmlər 13% dəyər qazanıb.