İqtisadiyyat.az  xəbər verir ki, fırıldaqçılar üzvlərindən birini nazirə oxşatmaq üçün qrim üzrə mütəxəsis, çəkiliş aparılan otağı isə onun iş otağına bənzətmək üçün dekoratorları və digər mütəxəsisləri cəlb ediblər.

Psevdo nazir “Skype” vasitəsi ilə ölkənin iri şirkətlərinin rəhbərlərinə zəng edərək Mali və Suriyadakı girovların azad olunması, silah alınması və hətta gizli əməliyyatların keçirilməsi üçün pul axtarırmış.

Dələduzlar 40-a yaxın biznesmeni, həmçinin bir sıra səfirlik və konsulluqları aldatmağa çalışıblar. Nəhayət video-fırıldağçıların “toruna” bir bisnesmen düşərək onlara 8 milyon avro ödəyib.

Cinayətkar qrup üzvləri Təl-Əviv ətrafında növbəti “şikar”la görüş zamanı polisin əlinə keçiblər.