Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 999,8 mln. manatlıq xidmət göstərib ki, bunun da 72,1%-ni əhali istehlak edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2%-i və ya 421,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.