Son bir neçə gündür sosial mediada tətbiq olunan yeni proqram var. Rusiyanın “Wireless Lab” şirkəti tərəfindən 2017-də yaradılan “FaceApp”dan bəhs edirik.

Məşhur özəlliyi ilə yaşlandırma proqramı da deyə bilərik. Ağıllı telefonlara yüklənən bu proqram görüntülü işləmə texnologiyası ilə çalışır.

Şəklinizi çəkirsiniz yaxud qaleriyadan yükləyirsiniz. Sonra bir neçə mərhələdən keçirirsiniz. Bir neçə toxunuşla özünüzü 70 yaş ətrafında görürsünüz. Yaşlandırmadan əlavə, gəncləşmək, saç rəngini dəyişdirmək və eynək taxmaq kimi özəlliklərdən də istifadə edə bilirsiniz.

Bir sözlə pul ödəmədən əylənə bilirsiniz. Xüsusən də buna görə “FaceApp” son 2-3 gündən bəri sosial mediada partlayışa səbəb oldu. Tanınmış, tanımamış hamı bu proqramdan istifadə edir. Məsələn, indi instaqrama daxil olub hekayə bölümünə baxsanız ən azı 1 belə paylaşım görəcəksiniz.

Bura qədər işin əyləncə tərəfin bildirdik. Ancaq istifadəçilərin bu tip pulsuz olan servislərdə unutmayacağı bir söz var. O da “Aldığınız xidmət qarşısında ödəniş etmirsinizsə, məhsul əslində siz özünüzsünüz”. Google vasitəsilə necə ki, axtarış edib dünya məlumatları əldə edirsinizsə, “FaceApp” da bunun kiçik həcmlisini gerçəkləşdirir.

Yəni, sizin məlumatlarınızı alaraq, üçüncü tərəflərlə və reklam verənlərlə paylaşır. Proqramı telefona yüklədiyiniz zaman sizdən bir neçə icazə istəyir. Bu icazələrin içərisində olmayan nəsə yoxdur.

Kamera, çəkilən fotolar, videolar, cihaz içərisini görüntüləmə... Bunlar yalnız bəziləridir. Proqram mağazasına daxil olaraq “FaceApp”ın istədiyi icazələri görə bilərsiniz.

İşlər bununla bitmir. Gizlilik sözləşməsinə fikir verin. Verdiyiniz bu icazələrdən toplanan məlumatların necə istifadə olunduğu “Gizlilik Sözləşməsi”ndə yazır.

Özəl olaraq bir neçə maddə var ki, siz əylənərkən əldə olunan məlumatların hansı məqsədlərlə istifadə ediləcəyini açıq şəkildə göstərir. Aşağıda həmin maddələri sizə təqdim edəcəyik.

İstifadəçi məzmunu və bilgilərini(Çerezlər(cookie), giriş qeydləri, məkan və istifadədən daxil olan bəzi məlumatlar)”FaceApp”ın əməkdaşlıq etdiyi şirkətlərlə paylaşa bilirik. Ortaqlar bu məlumatları, öz servisləri və istifadəçilərə verdikləri xidmətləri yaxşılaşdırmaq üçün istifadə edə bilirlər.

Həmçinin həmin məlumatlarımızı üçüncü tərəflə- xidmət almağımıza kömək edən Servis təminatçıları ilə paylaşa bilirik. Servis təminatçılarına, məqbul şəkildə gərəkli olan bilgilərə daxil olmağa imkan veriləcək.

Çerez məlumatlar kimi xüsusi bilgiləri üçüncü tərəf reklamçılarla paylaşılır. Dövrümüz internet dövrüdür və sosial mediada paylaşılan hər bir məlumat “ayaq izi” buraxır. Ən dəyərli bilgilərin önündə isə fotoların olduğunu unutmayın.

Məşhur sənətçilər və futbolçular da bu sistemə qatıldırlar. Bəziləri öz fotolarını paylaşdıqları halda, bəzilərinin fotoları da digər istifadəçilər tərəfindən proqrama daxil edildi.

 

Mehman Nəbiyev