Türkiyənin ilk elektrik avtomobili "TOGG" modellərində qiymətlər bahalaşıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, yeni qərardan sonra ən aşağı modelin qiyməti 953 min lirədən (62102 manat) 1 milyon 207 min lirəyə (78 min 610 manat) yüksəlib.

"TOGG"un köhnə və yeni qiymətlərini təqdim edirik: 

KÖHNƏ QİYMƏT:

V1 Standart: 953.000 TL (62102 manat) 

V2 Standart: 1 milyon 55 min TL (68 min 721 manat)

V2 Uzun Menzilli: 1 milyon 215 min TL (79 min 131 manat)

YENİ QİYMƏT

V1 Standart: 1 milyon 207 min TL (78 min 610 manat) 

V2 Standart: 1 milyon 307 min TL (85 min 123 manat)

V2 Uzun Menzilli: 1 milyon 537 min TL (100 min 102 manat)