Böyük Britaniyada kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Guardian" Avropa ölkəsinin planet üçün ən zərərli yanacaqdan istifadə etməkdən tamamilə imtina etməsi barədə yazıb.

Qeyd olunub ki, söhbət 57 il ərzində dövləti enerji ilə təmin edən "Nottingemşirdəki Ratcliffe-on-Soar" müəssisəsindən gedir: "Elektrik stansiyasının qalan 170 işçisi yeməkxanada toplanacaq və generasiya aqreqatlarının sonuncu dəfə necə söndürüləcəyi ilə bağlı onlayn yayım nümayiş etdiriləcək. Bu, sənaye inqilabını başlatmış ölkə olan Britaniyada 142 illik kömür dövrünü başa vuracaq".

Tədbir atmosferə istixana qazı emissiyalarını azaltmaq məqsədilə planet üçün təhlükəli yanacaqların mərhələli şəkildə dayandırılması çərçivəsində həyata keçirilib. 

Bundan əvvəl G7 ölkələri 2035-ci ilə qədər kömürdən elektrik enerjisi mənbəyi kimi istifadəni dayandırmaq barədə razılığa gəliblər.

 

Sadiq Cavadov