İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı həyata keçirilən işlər davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu istiqamətdə yeni kiçik su elektrik stansiyalarının (KSES) yaradılması və yenidən qurulması işləri aparılır.

Beləliklə, “Azərenerji” tərəfindən “Çaykənd-2” KSES tikiləcək.

Qurum tikinti işlərini  “BCC Group” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və şirkətlə 16 763 385,11 manatlıq müqavilə bağlayıb.

Bundan əlavə, “Azərenerji”nin sifarişi əsasında şirkət həmçinin “Təkəqaya” və “Ağçay” KSES-lərin yenidən qurulması işlərini də aparacaq. Bununla bağlı isə şirkətlə 19 839 606,24 manatlıq müqavilə bağlanılıb.