İnvestorlar sənaye tendensiyalarının pisləşdiyi barədə xəbərdarlıq etdikdən sonra avropalı avtomobil istehsalçılarının səhmlərini satmağa başlayıblar.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, xüsusilə, avtomobil nəhəngi "Stellantis"in qiymətli kağızları ("Chrysler", "Jeep", "Fiat", "Citroen" və "Peugeot" markaları) bir gündə 14 faiz ucuzlaşıb.

Məlumata görə, "STOXX Auto & Parts" Avropa avtomobil indeksinin dəyəri təxminən on milyard dollar azalıb. "Volkswagen"in durumu isə Almaniyadakı fabrikləri bağlamaq planları ilə bağlı ittifaqla qarşıdurma fonunda daha da pisləşib. 

Qeyd olunur ki, "Mercedes-Benz" və BMW dünyanın ən böyük avtomobil bazarı olan Çində tələbin zəifləməsi səbəbindən proqnozlarını aşağı salıblar. 

 

Sadiq Cavadov