Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşı Habil Quliyevin ölümü ilə prokurorluqda araşdırma aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qafqazinfo saytı məlumat yayıb.

Sayt qeyd edir ki, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

13.32

 

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə modern.az məlumat yayıb.

Qeyd edilib ki, icra başçısının qardaşı Habil Quliyev faciəli şəkildə vəfat edib.

Sayt onun ötən gün elektrik cərəyanı vurması nəticəsində öldüyünü yazıb.

Hüzr mərasiminin Habil Quliyevin ata evində - Lənkəran şəhərində keçiriləcəyi bildirilib.

Allah rəhmət eləsin!