Abşeron Rayon Məhkəməsində “Aztelekom” MMC barəsində tətbiq edilən protokol araşdırılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hazırda məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılır.
Qeyd edək ki, Məcəllənin 354-cü maddəsi avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan hallar öz əksini tapıb. “Aztelekom” barəsində protokol tərtib olunan maddədə isə deyilir ki, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.