Bu ilin yanvar-avqust aylarında Azərbaycana 98,6 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 9,5 milyon dollar çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,77 % təşkil edib.

 

Gözəl Həşimova