Böyük Britaniya 12-15 yaş arası uşaqların yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmasına icazə verməyi planlaşdırır.

Bu barədə Britaniya mətbuatı xəbər verir.

Söhbət yalnız “Pfizer” peyvəndindən və bir dozadan gedir.

Səhiyyə nazirliyi bildirib ki, daha çox məlumat əldə edildikdən sonra ikinci mərhələ üzrə vaksinasiya olunacaqlar: “Bu gələn ilin baharına qədər olmayacaq”.

Xatırladaq ki, Böyük Britaniyada 5,9 milyondan çox insan koronavirusa yoluxub. İndiyə qədər əhalinin 70% -dən çoxu ikinci mərhələ üzrə vaksinasiya olunub.