Hər kəs Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası barədə maraqlanır, narahatlığını ifadə edir. Bəziləri orada guya blokada olduğu təsəvvürünü yaratmağa çalışır.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bır sıra ölkələrdən bəlli çağırışlar olur: “Burada Ermənistan tərəfindən yanlış gündəlik formalaşdırılır. Orada blokada təsəvvürü yaratmaq niyyəti var. Belə yanlış gündəliyin formalaşmasına çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıq və ardıcıldır. Etirazçılar ilk gündən bəyan ediblər ki, hər hansı humanitar fəlakət yaratmaq, orada yaşayan sadə insanlara qarşı hər hansı niyyət yoxdur. Bu da təsdiq olunur”.