Azərbaycanın mobil rabitə operatoru “Bakcell” yeni operator kodunu (prefiksi) alacaq. 
İqtisadiyyat.Az Apa-ya istinadən xəbər verir ki, telekommunikasiya sahəsindəki etibarlı mənbədən verilən məlumata görə, yeni prefiks "099" olacaq. “Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - deyə bildirilib. 

Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq. 
Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.