Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYT) məxsus "Aztelekom" MMC bir illik "outstaffing" (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, əlavə 3-də göstərilmiş işçiləri sifarişçi şirkətin sərəncamına verməklə xidmət göstərilməsini nəzərdə tutur) xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Caspian Consolidated Services" MMC-dir.

Qalib şirkətə 554,6 min manat ödəniləcək.