Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 142 965,82 ABŞ dolları dəyərində 400 748,71 ton buğda idxal edilib.

 Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 40,1% artıb, həcmi isə 0,2% azalıb.

Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,25%-nə bərabər olub.