2019-cu ilin 1-ci rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatında xəbər verilir ki, ilk rübdə idxal əməliyyatları üzrə 3 milyard 135 milyon 577 min dollarlıq, ixrac əməliyyatları üzrə 4 milyard 484 milyon 549 min dollarlıq ticarət aparılıb. Saldo müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil edib. 2018-ci ilin 1-ci rübündə Azərbaycanın xarici tcarət əməliyyatlarının həcmi 5 milyard 546  milyon 139 min ABŞ dolları, o cümlədən idxal 2 milyard 191 milyon 105 min dollar, ixrac 3 milyard 355 milyon 33 min dollar, saldo müsbət 1 milyard 163 milyon 928 min dollar təşkil etmişdi.

FEVRAL İLƏ MÜQAYİSƏDƏ AZALMA

Martda ixrac 1 milyard 332 milyon 609 min dollar, idxal 969 milyon 202 min dollar, saldo müsbət 363 milyon 406 min dollar təşkil edib. Fevralda ixrac 1 milyard 872 milyon 316 min dollar, idxal 1 milyard 143 milyon 760 min dollar, saldo müsbət 728 milyon 555 min dollar təşkil etmişdi.