Azərbaycanda yeni - ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.

Bunu Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, artıq bununla bağlı müsabiqə elan edilib və yaxın vaxtlarda bu yöndə Şura tərəfindən müvafiq qərar qəbul ediləcək:

“Yaxın günlərdə yeni - ikinci xəbər kanalı ilə bağlı qərar verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, indiki zamanda buna ciddi ehtiyac var”. Oxu.az