Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə sayca 3-cü “InnoWeek – İnnovasiya həftəsi” keçirilib. “Azərbaycan İnnovasiya Mükafatı” müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkətlərə təqdim olunub.
Ümumilikdə 75 ölkədən olmaqla 4 mindən çox aktiv istifadəçisi olan “NextSale” startapı qalib elan edilib. 2019-cu ildən təsis olunan “NextSale” onlayn satışların artırılması məqsədilə alətlər tətbiq edir. 
Xatırladaq ki, layihədə əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir.