Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 230,8 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 74,3%, elektrik avadanlıqlarının istehsalı isə 10,3% artıb. Dövr ərzində stolüstü kompüterlərin istehsalı 2,7 dəfə, ölçmə cihazlarının istehsalı 2,1 dəfə artıb.

 

Gözəl Həşimova