Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “Postman” adlı mobil əlavəsini təqdim edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, texnoloji həll 3-6 dekabr tarixlərində keçiriləcək “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində  “Azərpoçt”un stendində nümayiş olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.